Koronaviruslu sürücü taksi xidməti göstərdi

Hazırda oxunan: Koronaviruslu sürücü taksi xidməti göstərdi

3589

İsmayıllıda koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etməsi barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, rayon sakini Mayıl Qüddəsərovun COVID-19 testinin nəticəsi pozitiv olması səbəbilə ona ev şəraitində müalicə təyin edilib, karantin qaydalarını pozarsa məsuliyyətə cəlb ediləcəyi barədə məlumatlandırılıb.

M.Qüddəsərov infeksiya daşıyıcısı olduğunu bilməsinə baxmayaraq, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və şəhər ərazisində hərəkət etməklə digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb.

Polis əməkdaşları tərəfindən M.Qüddəsərovun yeri müəyyən edilərək əraziyə dərhal həkim briqadası dəvət olunub və o, evinə geri qaytarılıb.

İsmayıllı RPŞ-də də M.Qüddəsərov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin