“Rüstəm Muradovun Azərbaycana simpatiyası vardı” – Bəs general Avdeyev KİMDİR?  

Hazırda oxunan: “Rüstəm Muradovun Azərbaycana simpatiyası vardı” – Bəs general Avdeyev KİMDİR?  

35884

Sülhməramlıların başçısı Rüstəm Muradovun missiyası artıq başa çatıb. O, bu gündən Rusiya sülhməramlılar kontingentinə başçılıq etmir. Qeyri-rəsmi mənbələrə görə isə Muradovu general-leytenant Aleksey Avdeyev əvəzləyəcək.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Bizim.Media-ya açıqlamasında bildirdib ki, Prezident İlham Əliyev sülhməramlıların missiyasını general-leytenant Rüstəm Muradovun rəhbərliyi dövründə yüksək qiymətəndirib.

“Əsirlərin dəyişdirilməsi sülhməramlı missiyasının həssas bir hissəsi idi. Düşünürəm ki, bu missiyada da Muradov çox yaxşı iştirak etdi. R.Muradov öz hərbi siyasi rəhbərliyinin tapşırıqlarını dürüst yerinə yetirirdi. Mənim fikrimcə, Muradovun Azərbaycana qarşı xüsusi simpatiyası var idi, lakin qarşısında olan vəzifəsi bunu müəyyən bir şəkildə məhdudlaşdırırdı”.
 

MÖVZU İLƏ BAĞLI:

Rüstəm Muradov Qarabağdakı missiyasını başa vurdu - TƏFƏRRÜATLAR 


Hərbi ekspert cəmiyyətdə sülhməramlılara qarşı narazılıqlardan da danışıb. O, bunu psixoloji faktorlarla əlaqələndirib.

“Mən bunu  ən çox psixoloji faktorla əlaqələndirərdim. Birincisi sülhməramlı qüvvələr hələ tam şəkildə formalaşmayıb. Ona görə bu yeni missiya müəyyən dərəcədə bizim gözlədiyimiz kimi olmaya bilər.
 

O biri tərəfdən Qarabağda yerləşən qüvvələr hələ də Ermənistanda olan revanşist qüvvələrin təsiri altındadır.


Biz son zamanlar atəşkəs pozulmasını müşahidə etdik. Bunların hamısı kiçik rütbəli şəxslərin törətdikləri təxribatlardandır, bunu rəhbərliyin verdiyi qərar kimi qəbul etmək olmaz.

Bundan başqa biz bilirik ki, sülhməramlılar ermənilərin yerləşdiyi ərazilərdə yaşayırlar və bu da icraçıların onların təsiri altına düşməsinə gətirib çıxarır. Həm də rusların bir az içki məclisləri həvəskarı olduqları hamıya bəllidir. Ermənilər bundan çox məharətlə istifadə edir. Bu da sülhməramlıların vəzifələrini tam yerinə yetirməyə maneçilik törədir”.

Ş.Ramaldanov Aleksey Avdayev haqqında da danışıb. O, bildirib ki, hərbçilər haqqında məlumatlar məhdud olduğu üçün onun haqqında hələ ki yetərli məlumatlar yoxdur.
 

“Onun burada hansı mövqe tutacağını zamanla görəcəyik. Hər halda arzu edərdik ki, Avdayev təyin olduğu təqdirdə sülh missiyasına sadiq qalıb işlərini dürüst görsün. Əgər Avdayevin fikri başqa istiqamətə yönəlsə Azərbaycanın yetəri qədər nəzarət mexanizmi var ki, onu öz vəzifəsini qaydalar çərçivəsində yerinə yetirməsinə məcbur edə bilər”.


Xatırladaq ki, Avdeyev Qafqaza nabələd adam deyil, o, II Çeçen Müharibəsində iştirak edib, Rusiya hökumətinin ciddi tapşırıqlarının icraçısı olub.

Vüsalə Balayeva, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin