Ermənistanda şəkər qıtlığı yaranıb

Hazırda oxunan: Ermənistanda şəkər qıtlığı yaranıb

35872

“Ermənistanda şəkər bazarında xaos hökm sürür”.

Bizim.Media xəbər verir ki, bu, “Joxovurd” qəzetinin məqaləsində bildirilib.

“Qənd və şəkər tozunun qiymətinin bahalaşması bir yana, elə mağazalar var ki, orada bu ərzaqdan yoxdur.

Son günlər qəzetə vətəndaşlar zəng edir, kisə ilə qənd ala bilmədiklərini bildirirlər. Yeri gəlmişkən, rayon və qəsəbələrədə sakinlər bir kiloqram qənd ala bilmirlər. Çünki dükanlarda qənd və şəkər tozu yoxdur”, - qəzet yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

İki il ərzində Ermənistan əhalisinin təbii artımı 2,9 dəfə azalıb - SƏBƏB


“Joxovurd”un yazdığına görə, supermarketlərdə 2-3 kq qəndi vətəndaşlara 360 drama (1,24 manat) satmayıblar. Bildirilib ki, hazırda şəkərin bir kiloqramının qiyməti 420-450 dramadək (1,45 – 1,55 manat) bahalaşıb.

Qəzet qeyd edib ki, Ermənistanın İqtisadiyyat Nazirliyi və onun uyğun qurumları məsələ ilə maraqlanmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin