Çili hökuməti koronavirus əleyhinə peyvəndin 6 yaşdan yuxarı uşaqlarda istifadə edilməsinə icazə verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.
Cənubi Amerika ölkəsi 12 yaşdan yuxarı uşaqlar üçün “Pfizer/BioNTech” vaksininin istifadəsinə icazə vermişdi.
MÖVZU İLƏ BAĞLI:
TÖVSİYƏ: Yaşı 60-dan yuxarı olanlara 3-cü doza vaksin vurulmalıdır
Bu minvalla ölkədə may ayından etibarən 654,053 nəfər ən azı birinci dozanı qəbul edib.
Maraqlıdır ki, sözügedən qərar artıq öz müsbət nəticələrini verib. Çilidə koronavirusa yolunxanların sayı nəzərəçarpacaq dərəcədə azalıb.
Belə ki, son sutka ərzində 19 milyon əhalinin yaşadığı ölkədə sadəcə 435 nəfər koronavirusa yoluxub.
Bizim.Media