İstanbulda 4-cü “Türkiyə-Azərbaycan Qardaşlıq Mükafatları”nın mükafatlandırma gecəsi baş tutacaq.
Bizim.Media xəbər verir ki, bunu “BHS Group”un rəhbəri Atakan Taşur və təşkilatçı Koray Bozat Baku TV-yə müsahibəsində deyib.
2017-ci ildən keçirilən bu gecədə təkcə Türkiyənin tanınmış simaları deyil, həm də bir çox azərbaycanlı məşhurlar iştirak edir.
Təşkilatçı Koray Bozat belə bir mükafatlandırma gecəsinin xərcinin məkandan asılı olaraq dəyişdiyini bildirib. Atakan Taşur isə qeyd edib ki, belə gecələrin keçirilməsində əsas məqsəd pul qazanmaqdan çox, uğurlu işdən sonra ticarət həcmində artımın olmasıdır. Şirkət rəhbəri bu mükafatı alan azərbaycanlıların adını da sadalayıb.
Bizim.Media