Dünyada sülhməramlı missiyaların fəaliyyəti 2019-cu ilədək 8 qrupa bölünüb.
Bizim.Media xəbər verir ki, onlardan birincisi II Dünya Savaşı bitdikdən sonra, 1945-49-cu illəri əhatə edib. Əsas 8 bölgünün daxilində müxtəlif istiqamətlər var.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan niyə himayə olunur? – Rusiyalı politoloqdan SƏBƏBLƏR
Məsələn, 1948-ci ildən indiyədək sülhməramlı missiyanın əsas fəaliyyət zonası Yaxın Şərq olub:
1949-dan indiyədək Hindistan-Pakistan
1956-1967 İsrai-Misir
1958-ci il Livan
1964-cü il Kipr
Siyahını sülhməramlıların digər fəaliyyətləri ilə də genişləndirmək olar. 2000-ci ildən bəri də dünyanın müxtəlif zonalarına sülhməramlı missiyalar göndərilib:
2000-2008 Efiopiya-Eritreya
2002-2005 Şərqi Timor
2003-2018 Liberiya
2004-2017 Haiti
2012 Suriya
2019-cu ildən sonra da BMT xətti ilə sülhməramlı missiyalar əsasən Yaxın Şərq və Şimali Afrikada fəaliyyət göstərib. Azərbaycanın qalib gəldiyi 44 günlük savaşdan sonra isə Qarabağın da bir hissəsi sülhməramlı missiyanın nəzarət zonasına çevrilib.
Onların vəzifə borclarına gəlincə, sülhməramlılar müharibə tərəfləri arasında bufer zona yaradırlar:
1. Atəşkəsə nail olmalıdırlar.
2. Konflikt tərəfləri arasında sülh danışıqlarında vasitəçi olmaq, hətta lazım gələrsə, bu sazişə məbur etmək.
3. Ərazi və əhalini aqressiyadan mühafizə etmək.
4. Məsuliyyət zonasının, yaxud oradakı insanları xarici dünyadan izolə etmək.
5. Situasiyaya nəzarət və monitorinqlər keçirmək.
6. Konflikt tərəflərindən ehtiyac içində olanların tələbatını ödəmək.
7. Fəaliyyətlərində əsasən 5 sülhməramlı elementi biruzə vermək:
Preventiv diplomtiya, sülhün bərqərar olması, sülhə səbəb olmaq, sülhü dəstəkləmək, sülhə məcbur etmək
Preventiv diplomatiya – Bu, gərginliyin yumşaldılmasına xidmət edir.
Sülhün bərqərar olması – İnfrastruktur quruculuğu, ölkələr arasında münasibətlərin formalaşdırılmasına nail olmaq ki, yeni münaqişə yaranmasın.
Sülhə səbəb olmaq – Problemlərin həll olunması, fikir ayrılıqlarının aradan qaldırılması.
Sülhü dəstəkləmək – Xüsusi zərurət yaranmasa, hərbi olmayan əməliyyatlar reallaşdırmaq
Sülhə məcbur etmək – Fiziki təhdid, yaxud hərbi müdaxilədir. Bu tərəfləri beynəlxalq sənəd və qətnamələrin icrasına məcbur etmək üçündür.
Ümumilikdə isə sülhməramlı əməliyyatlar düşmənçilik edən tərəfin razılaşmaya imza atmasına nail olmaqdır.
Qarabağdakı rus sülhməramlılarının fəaliyyətini analiz etdikdə isə bu bəndlərdən çoxunun icra olunmadığını görmək olar. Buna rus sülhməramlıların təcrübəsizliyi bəraətini qazandırmaq isə Kremlin gerçək siyasətini görməzdən gəlməkdir.
Məlumat üçün deyək ki, rus sülhməramlıları Boris Yeltsinin 1995-ci ildə imzaladığı müddəalarla çalışırlar. Onların ilk fəaliyyəti də SSRİ dağıldıqdan sonra, 1992-1995-ci illərdə Balkanlardakı missiya ilə əlaqədardır. Rus sülhməramlıları 1999-2003-cü illərdə Kosovada təhlükəsizliyi təmin edirdilər. KTMT nəzdində rus sülhməramlı missiyasının fəaliyyəti 1993-cü ildə Tacikistanda da başlayıb. 7 ildən sonra ruslar müxalifət və tacik iqtidarı arasında atəşkəsə nail ola bilib. Yeri gəlmişkən, Emoməli Rəhmon 1994-cü ildən bu yana Tacikistan prezidentidir.
Rus sülhməramlılar 1992-ci ildə Gürcüstan-Cənubi Osetiya konfliktinin nizamlanması üçün fəaliyyətə başlayıb.
1994-cü ildə isə gürcü-abxaz münaqişəsinin həllinə çalışıblar. 2008-ci ilin 26 avqust tarixində Rusiya Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Moskva Abxaziyanın da müstəqilliyini ilk tanıyan ölkədir. Ümumiyyətlə isə həmin bölgələr BMT və Avropa İttifaqı tərəfindən Gürcüstan ərazisi hesab olunur.
Hazırda Rusiya sülhməramlılarının əsas fəaliyyət zonalarından biri Azərbaycanın Qarabağıdır.
Anar Rəhimov, Bizim.Media