Nazirdən qeyri-neft sektoru ilə bağlı TVİT

Hazırda oxunan: Nazirdən qeyri-neft sektoru ilə bağlı TVİT

35728

Azərbaycanda qeyri-neft sektorunda ixracın həcmi artır.

Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “twitter” hesabında yazıb.

Nazir bildirib ki, bu ilin 8 ayında qeyri-neft sektoru üzrə ixracın həcmi 1,58 mlrd. dollardan çox olub.
 

Qeyd edək ki, 2021-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100-də artıq ölkəyə məhsul ixrac olunub, 161-dən artıq ölkədən idxal olunub.


2021-ci ilin yanvar-iyun aylarında isə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 27,4 faiz, real ifadədə 14,0 faiz artıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin