Emin Hüseynovdan Ağdama getmək istəyənlərə ÇAĞIRIŞ - FOTO

Hazırda oxunan: Emin Hüseynovdan Ağdama getmək istəyənlərə ÇAĞIRIŞ - FOTO

35713

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Ağdama getmək istəyən əhaliyə çağırış edib. 

Bizim.Media xəbər verir ki, o, bu barədə özünün “Twitter” hesabında məlumat paylaşıb.

“Səfərə qatılmaq üçün [email protected] elektron poçtuna şəxsiyyət vəsiqəniz və COVID-19 pasportunun (və ya immunitet sertifikatı və ya peyvəndə əks-göstəriş barədə arayışın) şəklini göndərməyiniz tələb olunur.

Şəhid ailələri, qazilər və yaşı 60-dan yuxarı olan Ağdam əhalisinə üstünlük verilir”, - deyə E.Hüseynov qeyd edib.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin