Qvineyada ordu hakimiyyət çevrilişi edib.
Bizim.Media “Ria Novosti”-yə istinadən xəbər verir ki, narazı hərbçilərə xüsusi təyinatlı dəstənin rəhbəri polkovnik Mamadi Dumbuya rəhbərlik edir.
Ölkə prezidenti Alfa Kondenin artıq üsyançıların əlinə keçdiyi bildirilir.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən paytaxt konakridə küçə döyüşlərinin getdiyi bildirilirdi.
Bizim.Media