Son dövrlərdə stomatoloji klinikalar vasitəsilə yoluxucu xəstəliklərin, xüsusən də hepatit B və Hepatit C-nin yayılması halları artıb.
Bizim.Media xəbər verir ki, bu, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib.
Qeyd edilib ki, viral hepatitlər hazırda qlobal olaraq geniş yayılıb:
"Hepatit B və C infeksion virus xəstəlikdir, yoluxma zamanı qaraciyər zədələnir və qaraciyər iltihabını – hepatit əmələ gətirir.
MÖVZU İLƏ BAĞLI:
''Reanimasiyadakıların çoxu 30-40 yaş arası insanlardır'' - Azərbaycanda koronavirusla bağlı VƏZİYYƏT
Mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Esmira Əkbərovanın sözlərinə görə, xəstəliyin yayılmasının əsas yolu xəstə insanın qanı ilə təmas, viruslu xəstənin qan və qan preparatlarının sağlam şəxsin qanına daxil olmasıdır:
"Hepatit C-yə yoluxmuş insanların istifadə etdikləri dırnaq qayçısı, təraş bıçağı, diş fırçası kimi fərdi vasitələr də xəstəliyin əsas yayılma yollarındandır.
Həmçinin, virusa steril olmayan diş poliklinikalarında, bərbərxanalarda, qadın kosmetoloji salonlarında yoluxma ehtimalı var.
Stomatoloji müayinə və müalicə prosedurları zamanı alət və vasitələr sterilizasiya olunmadan və ya lazımi sterilizasiya olunmadan bütün xəstələr üçün istifadə edilərsə, Hepatit B və C virusuna yoluxma halı baş verə bilər.
Virusdan qorunmaq üçün hər kəs həkim və proseduru edən mütəxəssislərdən (bərbər, kosmetoloq) bu qaydalara riayət etmələrini tələb etməlidir".(trend.az)
Bizim.Media