Kişi papağı altındakı Qaçaq Gülsüm – Stalin ona niyə minnətdar olub? 

Hazırda oxunan: Kişi papağı altındakı Qaçaq Gülsüm – Stalin ona niyə minnətdar olub? 

35554

Ermənilər tarix boyu Azərbaycana ən alçaq metodlarla, ən aşağılayıcı, altdan-altdan hiyləgərcəsinə mübarizə aparıblar. Yaxın tarixi vərəqlədikcə bu cür faktlara mütəmadi olaraq rast gəlmək olar.

Bu gün haqqında yazacağımız qəhrəmanımız Qaçaq Süleyman adı ilə 200-dən çox qaçağa rəhbərlik edən Qaçaq Gülsümdür.

O, 1861-ci ildə Şəmkir rayonunun Sarxan kəndində anadan olub. 
 

Bir gün pristav və kəndxuda onların evinə gələrək atasından vergi tələb edirlər. Kasıb ailənin bu pulu ödəməyini gördükdə isə onlar Gülsümün atasının belinə qaynar samavar bağlayırlar. Buna hiddətlənən Gülsüm silahı götürüb onların hər ikisini də yerində güllələyərək qətlə yetirir.


Növbəti gün kəndi mühasirəyə alan Çar Rusiyasının əsgərləri Gülsümün təslim olmasını tələb edirlər. Altı qardaşının qətli üzərinə götürməyinə razı olmayan Gülsüm kişi paltarı geyinərək dağlara çəkilir və özünə “Qaçaq Süleyman” ləqəbini götürür.

Gülsüm o gündən xalqa zülm verən çar məmurlarına qarşı vuruşmağa başlayır və tezliklə qaçaq dəstəsinə başçılıq edir. Qaçaq Gülsüm, Qaçaq Kərəm ilə dostluq edir. Onlar dəstələrini birləşdirirlər. 

Bir gün Qaçaq Kərəm Tiflisdən Gəncəyə gedən qatarda bir siyasi dustağı xilas etməyi üçün ona müraciət edir. Gülsüm bu missiyanı yerinə yetirir və dustağı azad edir. Həmin dustaq 7 ay boyunca Gülsümün dəstəsində haqq yolunda vuruşur. Xilas edilən dustaq isə Soso Çuqaşvili yəni İosif Stalin olur.
 

MÖVZU İLƏ BAĞLI:

Hitlerin Tehranda Stalin, Ruzvelt və Çörçili qətl etmək PLANI - DETALLAR


Sovet hökuməti qurulandan sonra Gülsüm silahı yerə qoyur və kəndlərində dəyirmançı İsmayılla ailə qurur və onların 4 övladı olur.  

Lakin, ermənilər Gülsümə göz verib işıq vermirdilər. Nəhayət, 4 erməni milisi gəlib onun hamilə gəlinini zorla işə aparmaq istəyəndə, əlinə silah alan Gülsüm erməni milislərin dördünü də yerindəcə güllələyir.

Törətdiyi qətlə görə, Gülsümü həbs edirlər. O, məhkəmə zamanı Stalinə xəbər göndərilməsini tələb edir. 


Bu xəbər, Mir Cəfər Bağırova çatanda Stalinə məlumat göndərir. Stalin dərhal Bağırova zəng vurur və əmr edir ki, Gülsümü azad etsinlər.

Oğlunu da kolxoz sədri qoysunlar. Bunu eşidən erməni kommunist, hiyləgər siyasətçi Anastas Mikoyan Stalinə deyir ki, azad etdiyi qadın qatildir və o, 300-dən çox ermənini öldürüb.

Stalin isə çətin günlərində 7 ay Gülsümün verdiyi çörəyə sadiq qalır və qərarından dönmür. Ondan sonra daha heç ona dəyib toxunmur.

Məlumata görə,  Gülsüm 1962-ci ildə 101 yaşında vəfat edib. Onun qəbri Şəmkirin Sarxan kənd qəbiristanlığındadır.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin