Cəlilabadda keçmiş arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Hazırda oxunan: Cəlilabadda keçmiş arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayır

35521

Cəlilabadda keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən Cavid Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Müşfiq Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası sentyabrın 14-ə təyin olunub.

Qeyd edək ki, rəsmi məlumata görə, mayın 28-də rayon sakini Xanaliyeva Rəna Allahqulu qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
 

İstintaqla zərərçəkmişin keçmiş əri Bayramov Cavid Nəriman oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəna Xanaliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Cavid Bayramov şübhəli şəxs qismində istintaqa cəlb olunub.

Xatırladaq ki, təxminən 10 il əvvəl boşanmış cütlüyün 2 övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin