DİSPUT: “AMEA yaşlıların, işini itirmiş şəxslərin görüntü yeridir”

Hazırda oxunan: DİSPUT: “AMEA yaşlıların, işini itirmiş şəxslərin görüntü yeridir”

3548

Tezliklə Azərbaycan Milli Elmlər Akademiyası növbəti qurultayını keçirəcək. Bu elm mərkəzi haqda fikirlər bir mənalı deyil. Bir çoxları AMEA-nı mənəvi cəhətdən köhəlmiş bir balans adlandırır, yenilənməsini, XXI əsrin çağırışlarına uyğun yenidən qurulmasını zəruri hesab edirlər. Bəziləri isə dövlət büdcəsini dağıdan təşkilat kimi, tamamilə bağlanmasını lazım bilirlər.

AMEA-ya ünvanladığımız sorğu-suallar bürokratik döngələrdən keçənə qədər, ilk olaraq suallarımıza Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov qoşuldu.

AMEA- da gənc kadrlara qarşı bir qısqanclıq var.

“Elm sahəsində fədakar insanlar olmalıdır. Son illərdə bir qayda da var, sanki bütün vəzifəli şəxlər elmi ad almalıdır. Adlarının qarşısında elmlər doktoru yazılmalıdır. Hələ özləri azmış kimi, ailə üzvlərinə də elmi adlar verdirilər. Xeyli sayda iş adamları var ki, müdafiə edib alimlik dərəcəsi alıblar. Gəlin baxaq ki, o adamlardan hansıları elmə yenilik gətirib? Birmənalı olaraq deputatlar, iş adamları, güc strukturlarında çalışan insanlar elmi dərəcələri özləri üçün “bər-bəzək” kimi görürlər”.

Müsahibimiz vurğulayır ki, Akademiya dövlətin gözləntilərini doğrulda bilmir:

“AMEA yaşlıların, xüsusilə işini itirmiş şəxslərin görüntü xatirinə iş yerinə çevrilib. Elmin idarə olunmasına münasibət belə olmamalıdır. Akademiya ölkənin iqtisadiyyatı, sosial siyasəti, texnologiyalar sahəsində gedən inkişafla ayaqlaşa bilmir. Elm inkişafdan bir neçə pillə geridə qalır”.

İlqar Orucov deyir ki, AMEA həm mənəvi, həm də fiziki baxımdan köhnəlib, burada struktur dəyişikliyi aparılmalıdır:

“Azərbaycanda elmin təşkili yeni bir quruma həvalə olunmalıdır. Elm, təhsil, texnologiya və ya innovasiyalar adı altında fəaliyyət göstərməlidir. Birbaşa olaraq elm və texnologiyalar bir mərkəzdən idarə olunmalıdır”.

Araşdırmamız davam edir, bütün fikirlər üçün qapılar açıqdır.

Gülşanə Mustafayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin