Bəzi təhsil müəssisələrində valideynlərdən vaksin pasportu tələb olunur.
Bununla bağlı Bizim.Media-ya bir neçə valideyn şikayətlənib.
MÖVZU İLƏ BAĞLI:
Hər gün neçə məktəbli forması satılır? - İnanılmaz MƏNZƏRƏ
Söhbət Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi və “Kaspi” kurslarından gedir. Valideynlərin bildirdiyinə görə peyvənd olunmayanların müəssisələrə daxil olmalarına icazə verilməyib. Müəssisələrin girişlərində oturan bir neçə nəzarətçi içəri yalnız peyvənd pasportu olan valideynlərin daxil olmasına imkan verib. Valideynlərdən biri nəzarətçiyə “Axı təhsil müəssisələrində peyvənd pasortu tələbi qoyulmayıb?- deyə etiraz etsə də, “Bizə də belə tapşırıq verilib” cavabı bildirilib.
Analoji hal ölkənin başqa təhsil müəssisələrində də yaşanır.
Məsələ ilə bağlı Bizim.Media Təhsil Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən təhsil müəssisələrinə belə bir tapşırığın verilmədiyi bildirilib:
“Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə qeyd edilən məsələ ilə bağlı heç bir tələb qoyulmayıb və bu mövzuda tapşırıq verilməyib”.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarında yalnız 18-yaşdan yuxarı olan tələbələrin ali və orta ixtisas məktəblərininə girişdə peyvənd pasportu tələb olunur. Yaşı 18-dən aşağı olanlardan və valideynlərindən isə pasport tələb olunmur.
Göründüyü kimi, sözügedən təhsil müəssisələrinin rəhbərləri Nazirlər Kabinetinin qərarına zidd addım atır.
Alçina Amilqızı, Bizim.Media