Deputat Vahid Əhmədov pensiya yaşı haqqında qanun layhəsinə dəyişiklik edilməsini təklif edib.
Bizim.Media xəbər verir ki, millət vəkilinin bu fikirləri Milli Məclisin rəsmi İnstagram səhifəsində yayımlanıb.
V.Əhmədov pensiya yaşının azaldılmasını təklif edib.
“Mən belə hesab edirəm ki, pensiya yaşı qadınlar üçün 60, kişilər üçün isə 63 olaraq təyin olunmalıdır. Bu məsələyə mütləq baxılmalıdır”.
Qeyd edək ki, hazırda Azərbaycanda kişilər üzrə pensiya yaşı 65, qadınlar üçün isə 62 il 6 ay hesablanır.
Bizim.Media