Bəzi insanlar vardır ki, hesab-kitabları çox dəqiqdir. Onlar pullarını elə xərcləyirlər ki, başqlarına möhtac olmasınlar. Bu insanların boş vaxtı yoxdur və yersiz iş görməzlər.
Bir qədər də həyatdan ləzzət al, axı bu dünyaya bir dəfə gəlirsən. Halbuki, bu insanların bütün fikirləri odur ki, bir dənə ölçüsündə olan ruziləri belə, hədər getməsin, israf etməsinlər.
Allah Təala buyurur ki, siz gərək özünüzə nəzarət edəsəniz. Çünki, Mənim hesab-kitabım sizinkindən daha dəqiqdir.
"(Loğman dedi:) "Ey mənim əziz oğlum, (insanın əməli) bir xardal dənəsi ağırlığında olub möhkəm bir daşın içində, yaxud göylərdə və ya yerin təkində olmuş olsa, Allah onu (Qiyamət günü Məhşərə) gətirəcəkdir (ki, onun əsasında haqq-hesab çəksin), çünki Allah dəqiqdir, ən incə şeyləri görəndir və (hər şeydən) xəbərdardır"". ("Loğman" 16).
Bu ayənin təfsirində oxuyuruq: "Xardal elə bir bitkidir ki, dənəsi qaradır. O qədər kiçikdir ki, hər bir atalar sözündə ondan istifadə olunur.
Bu ayə buyurur ki, əməlləriniz hətta bir xardal dənəsi qədər kiçik olsa belə, Allahdan gizli deyildir. Allah bu əmələ görə də insana mükafat və ya cəza verər. Bu dünyada heç bir şey itməz və gizli qalmaz".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
06:00 / 03.09.2021
İnsanı axirətdən edən kiçik hesab etdiyimiz GÜNAHLAR
Hazırda oxunan: İnsanı axirətdən edən kiçik hesab etdiyimiz GÜNAHLAR
Hazırda oxunan: İnsanı axirətdən edən kiçik hesab etdiyimiz GÜNAHLAR
35325
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.