Ermənistanda hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputatların Xankəndiyə səfəri insidentlə yadda qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə “hraparak.am” məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
İrəvandan 20 deputat Xankəndinə yola düşdü
Müharibədə ölən əsgərlərin valideynləri daşla silahlanaraq deputatların qaldıqları otelə hücuma keçiblər.
Onlar millət vəkillərini uşaqlarının ölümündə ittiham ediblər və Xankəndiyə gəlmək haqlarının olmadığını bildiriblər.
Bizim.Media