Oleq Kuznetsov Rusiyanın Qarabağda gizli niyyəti haqda danışdı - ÖZƏL VİDEOMÜSAHİBƏ

Hazırda oxunan: Oleq Kuznetsov Rusiyanın Qarabağda gizli niyyəti haqda danışdı - ÖZƏL VİDEOMÜSAHİBƏ

35284

“Dağlıq Qarabağda erməni əhalinin mövcudluğu rus sülhməramlıların Azərbaycanın bu regionunda olmasının başlıca və yeganə şərtidir. Əgər orada ermənilər olmasaydı, rus hərbçilər də olmayacaqdı. Ermənilər Qarabağda yaşamasa, bu, həmin zonanın tam olaraq Azərbaycan qanunverciliyinə keçməsi deməkdir. Bu həm də Cənubi Qafqazdan Rusiya hərbi kontingentinin çıxarılması ilə nəticələnəcək”.

Bu sözləri Bizim.Media-ya özəl videomüsahibəsində rusiyalı politoloq, tarixçi, qafqazşünas Oleq Kuznetsov səsləndirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Daşnak uydurmalarını ifşa edən rus - Oleq Kuznetsovun YUBİLEYİ


Kuznetsov əlavə etdi ki, “Azərbaycanın erməni icması ilə bu dövlətin əsas əhalisi arasında gərginliyin olması faktoru Rusiya hərbçilərinin bölgədəki mövcudluğunun bünövrəsidir. Bu faktor yekunlaşsa, rus hərbçilərinin Cənubi Qafqazdakı mövcudluğu da sona çatacaq. Buna görə də, sülhməramlı missiyanın öz mandat və regionda mövcudluğuna bəraət qazandıra bilməsi üçün ermənilər Qarabağ nəinki məskunlaşdırılmalı, həm də ora köçürülən ermənilər Azərbaycana qarşı aqresiv ruhda köklənmiş olmalıdırlar. Ona görə də separatçılıq, aqressiya təzahürləri kimi fəaliyyətlərin hamısı vəziyyətin qeyri-stabil olmasına hesablanıb”.

Bizim.Media   
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin