Gürcüstanın Baş naziri Azərbaycana gələcək

Hazırda oxunan: Gürcüstanın Baş naziri Azərbaycana gələcək

35202

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 15-də Azərbaycana işgüzar səfər edəcək.

Bizim.Media xəbər verir ki, o, Bakıda keçiriləcək Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclasında iştirak edəcək.

Səkkizinci toplantı çərçivəsində sentyabrın 16-da iki ölkənin işgüzar dairələri arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi məqsədilə Azərbaycan-Gürcüstan biznes forumu da təşkil olunacaq.

Qeyd edək ki, hər iki ölkənin baş nazirlərinin həmsədri olduğu komissiyanın sonuncu 7-ci iclası 2011-ci ilin dekabrın 20-də Tbilisidə baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin