İstanbulda sənaye şirkətində təlimatçı işləyən Funda T. müdiri Kamal A. barəsində məhkəmə iddiası qaldırıb.
Bizim.Media haberler.com-a istinadən xəbər verir ki, qadın sərxoş olan müdirinin israrla ona təcavüz etdiyini iddia edib.
Bildirib ki, sertifikat aldıqdan sonra iş yerində keçirilən şənliyə spirtli içki içmədiyindən qatılmaq istəməyib. Lakin müdirin israrından sonra buna razılaşıb.
Şənliyə qatılan Funda T. burada spirtli içki qəbul edib. Sərxoş gənc qadın evə getmək istəyəndə müdir ona evə aparacağına söz versə də, öz ofisinə aparıb. İddiaya görə, özünü müdafiə edə bilmək iqtidarında olmayan gənc qadına təcavüz edib. Funda da vəkili vasitəsi ilə təcavüz maddəsi üzrə şikayət edib.
"Hadisədən sonra müdirimin yanına gedəndə mənə dedi ki, "Vegasda baş verənlər Vegasda qalır".
Şirkətin İzmirdəki qərargahına getdim və baş verənləri digər müdirlərə də dedim. "Bura Türkiyədir, iddia açsanız, heç bir şey olmayacaq" dedilər" deyə qadın başına gələnlərdən danışıb.
Bizim.Media