Spirtli içkilər koronavirusun qarşısını alır? - HƏKİMDƏN AÇIQLAMA

Hazırda oxunan: Spirtli içkilər koronavirusun qarşısını alır? - HƏKİMDƏN AÇIQLAMA

35180

Ötən il ərzində Azərbaycanda insanlar spirtli içkilərə 431 milyon pul xərcləyib. Bu rəqəm əvvəlki illərlə müqayisədə daha yüksəkdir. Belə düşünülür ki, spirtli içki qəbul edənlərin sayında artımın olmasına səbəb koronavirusla əlaqədardır.

Yəni, insanlarda belə bir fikir formalaşıb ki, spirtli içki virusu məhv edir və beləliklə spirtli içkidən istifadə artır.

Maraqlıdır, bu iddianın əsaslandırılmış tibbi izahı varmı? Spirtli içki koronavirusun qarşısını alırmı?

Bizim.Media xəbər verir ki, mövzunu sfera.az-a şərh edən immunoloq Akif Qurbanov spirtli içkinin koronavirusa hansısa formada təsir etmədiyini bildirib:

"Mütəmadi olaraq spirtli içki qəbul edən şəxslərdə bədənin müqaviməti zəifləyir. Spirtli içki yalnız ağız və boğazda olan bəzi virusların inkişafını ləngidə bilər, koronavirusun yox. Spirtin koronavirusu məhv etməsi üçün spirt bütün orqanlarda 80-90 faiz konsentrasiya yaratmalıdır. Bu baxımdan spirtli içki qəbul etmək immunitet yaranmasını zəiflədir və yoluxdurucu xəstəliklərə qarşı müqavimət qabiliyyətimizi azaldır. Biz vaksin olunan şəxslərə də deyirik ki, yaxın 10 gün ərzində spirtli içki qəbul etməyin ki, immunitet yaransın".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin