Dünya liderlərinin xoruz döyüşləri – VƏ QORXULARI

Hazırda oxunan: Dünya liderlərinin xoruz döyüşləri – VƏ QORXULARI

35144

Dünyaca tanınmış bir sıra ölkə liderlərinin bir sıra spesifik xüsusiyyətləri var. Bunlardan bəziləri normal qarşılansa da, bir çoxu öz qeyri-adiliyi ilə insanların təəccübünə səbəb olur.

Həmin maraqlı xüsusiyyətlərdən bəzilərini sizə təqdim edirik:

ABŞ-ın keçmiş prezidenti Donald Trampın kağıza qarşı müəyyən fobiyasının olduğu məlumdur.

Belə ki, Tramp öz ofisində istifadə oluna kağızları tez bir zamanda məhv etməyə çalışırmış. Buna səbəb isə, onların yanğına səbəb ola biləcəyini düşünməsi idi.
 

MÖVZU İLƏ BAĞLI:

Səddam Hüseyn erotik roman yazıb  – MARAQLI FAKTLAR


Almaniya Kansleri Angela Merkel isə uşaqlığından qalma bir vərdişini tərgidə bilmir. Kansler mətbuata verdiyi açıqlamada lazım olmasa belə evində qida depoladığını bildirib. Buna səbəb kimi isə Merkel uşaqlığında Şərqi Almaniyada yaşadığı qıtlıq zamanlarını unuda bilməməsini göstərib.

Rusiya lideri Vladimir Putinin isə yuxu pozğunluğu olduğu deyilir. Belə ki, Kreml rəhbəri gündüzləri yatıb, gecə saatlarında çalışması ilə seçilir. Putinin eyni zamanda, müntəzəm olaraq cüdo ilə məşğul olduğu da məlumdur.

Roma Papası Fransisk tanqo rəqsindən imtina edə bilmir.

Buddizmin dini lideri Dalay Lamanın isə boş vaxtlarında saat təmir etdiyi qeyd olunur.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun isə boz rəngə düşgünlüyü səbəbindən dövlət məmurlarına saçlarını həmin rəngdə boyamasını əmr edib.

İnsanların saçları ilə bağlı Şimali Koreya lideri Kim Çen İnin də qeyri-adi yanaşması var. Belə ki, Kommunista Partiyasının katibi kişilərin saçlarını 5 sm-dən artıq uzatmasını qadağan edib.

ABŞ-ın 36-cı prezidenti Lindon Conson isə vannada müsahibə vermək kimi qəribə alışqanlığı var imiş.
 

ABŞ-ın 7-ci Prezidenti Endryu Cekson xoruz döyüşlərinə heyranlığı ilə tanınıb. Preizdentin hətta Ağ Evdə belə xoruz döyüşləri təşkil etməsi ilə bağlı şaiyələr dolaşır.


Ruminyanın devrilmiş prezidenti Nikolay Çauşesku özünə iqamətgah inşa etdimək üçün 30 min ev və 25 kilsəni yerlə-yeksan edib. Ümumilikdə, 10 milyard dollara başa gələn iqamətgah hal-hazırda Ruminyanın parlament binası kimi fəaliyyət göstərir. Lakin tikili o qədər böyükdür ki, yarısından az bir hissəsindən istifadə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin