Nazirlik yaralı qazimizin ailəsinə ev tikəcək

Hazırda oxunan: Nazirlik yaralı qazimizin ailəsinə ev tikəcək

3513

Vətən Müharibəsi qazisi, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanan Elçin Səmədovun ailəsinə ev tikiləcək.

Evin inşasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öhdəsinə götürüb.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı açıqlama verib.

O, nazirliyin əməkdaşlarının Elçinlə görüşdüyünü, ailəsinin vəziyyəti, ev şəraiti ilə yerindəcə tanış olduqlarını deyib.

"Nazirlik ağır məişət şəraiti olan vaqon evdə yaşayan ailə üçün sosial tərəfdaşların dəstəyi ilə fərdi ev tikilməsini qərara alıb''.

''Əsgərin anası Şükürova Vüsalə Müzəffər qızının işsiz olduğu nəzərə alınaraq öz istəyi ilə sosial xidmət sahəsində işlə təmin olunub''.

''Ailənin ünvanlı sosial yardım almaq hüququna da baxılacaq. Elçinin qardaşı peşə təhsilini bitirdikdən sonra onun da işlə təminatına kömək göstəriləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin