Avqustun 23-də koronavirusdan dünyasını dəyişdiyi deyilən AzTV-nin rejissoru Arzu Məmmədovanın yaxınları ölüm səbəbi kimi mətbuatda fərqli iddia ilə çıxış ediblər. Yaxınlarının iddiasına görə, rejissor vaksin vurdurduqdan sonra vəfat edib.
Bizim.Media xəbər verir ki, “report” məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) sorğu ilə müraciət edib.
MÖVZU İLƏ BAĞLI:
Aztv-də köklü kadr dəyişikliyi edildi – KİMLƏR GETDİ?
TƏBİB-dən bildirilib ki, Arzu Məmmədova 3 avqust 2021-ci il tarixində ilk doza vaksin üçün müraciət edib və peyvənd olunub:
“Daha sonra 23 avqust tarixində A.Məmmədovanın PCR testi müsbət nəticə olaraq qeydə alınıb. Heç bir ekspertiza rəyi olmadan vaksin olunduqdan 20 gün sonra baş verən ağırlaşmanı peyvəndlə əlaqələndirmək doğru deyil”.
Bizim.Media