Ərini kürəklə öldürüb cəsədini yandırdı - Azərbaycanda dəhşətli QƏTL

Hazırda oxunan: Ərini kürəklə öldürüb cəsədini yandırdı - Azərbaycanda dəhşətli QƏTL

35072

Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim İlkin Abdullayevin icraatına verilib.

Qeyd edək ki, bu il mayın 17-də Lerik rayon sakini, 61 yaşlı Məhərrəmova Şahzadə Nəzir qızı kənd icra nümayəndəliyinə müraciət edərək, qeyri-rəsmi nikahda olduğu Neftçala rayon Aşağı Surra kənd sakini, 65 yaşlı Əsgərov Qalib Cabir oğlunun 11 may tarixində itkin düşməsi barədə məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə qətl törətmiş qadın tutuldu


Neftçala rayon Polis Şöbəsinin və Neftçala Rayon Prokurorluğunun apardığı əməliyyat-istintaq tədbirləri nəticəsində itkin düşən şəxsin öz həyat yoldaşı Şahzadə Məhərrəmova tərəfindən qətlə yetirildiyi məlum olub.

Ş.Məhərrəmova etdiyi cinayət əməlini etiraf edib. Məlum olub ki, o, həyat yoldaşı Qalib Əsgərovu kürəklə öldürdükdən sonra yandıraraq öz həyətlərində basdırıb. 

Faktla bağlı Neftçala rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin