Polşa "Legiya"sının futbolçusu Mahir Emreli klubun yutub kanalında yayımlanan "Sual vaxtı" rubrikasının qonağı olub.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin hücumçusu ona ünvanlanan suallara maraqlı cavablar verib.
İtaliya "Milan"ının hücumçusu Zlatan İbrahimoviçi öz idealı hesab edən 24 yaşlı forvard onunla eyni komandada oynamaq istədiyini bildirib.
MÖVZU İLƏ BAĞLI:
Mahir Emreli komandasının ən yaxşı futbolçusu seçildi
O, indiyədək qarşılaşdığı ən məşhur şəxsin hazırda İspaniya "Real Madrid"ində çıxış edən belçikalı yarımmüdafiəçi Eden Azar olduğunu söyləyib.
Emreli "Legiya"nın ən dəbli futbolçusu kimdir" sualına "Mən" deyə cavab verib.
Azərbaycan mətbəxinin Polşadakından daha yaxşı olduğunu deyən futbolçu ən sevdiyi yeməyin adını da açıqlayıb.
Həmin videonu təqdim edirik:
Bizim.Media