Sentyabrın 1-dən etibarən hər iki dozada vaksini olmayan müştərilər otellərə buraxılmayacaq.
Bu barədə Bizim.Media-ya turizm sektorunun nümayəndələri məlumat verib.
Bildirilir ki, otellərə tapşırılıb ki, bununla bağlı tələblərə əməl edilsin.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanı silkələyən “Delta” ştammıdır - İnfeksionist AÇIQLADI
Əgər əvvəldən rezervasiya etmiş müştərilər varsa onlara sentyabrın 6-dək otelin xidmətlərindən istifadə etmək üçün vaxt müəyyən edilib. Bu tarixdən sonra isə bütün müştərilər yalnız hər iki doza vaksin vurdurması ilə bağlı müvafiq sənədi təqdim etməlidir.
Məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin (DTA) yaxın saatlarda açıqlama yayacağı gözlənilir.
Bizim.Media