Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin deputatı Qənirə Paşayevanın bacısı Kəmalə Paşayevanın toyu baş tutub.
Bizim.Media xəbər verir ki, İstanbuldakı Sait Halim Paşa villasında keçirilən məclisdə iş adamları, ictimai xadimlərlə yanaşı Azərbaycanın məşhur simaları da yer alıb.
Xalq artisti Aygün Səmədzadə, Əməkdar artist Məlahət Abbasova, tanınmış modelyer Afaq İsmayılzadə və başqaları toyda iştirak ediblər.
MÖVZU İLƏ BAĞLI:
Qənirə Paşayevanın bacısı Türkiyədə bu şəxslə evləndi - TOYDAN GÖRÜNTÜLƏR
Gecəyə Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva da qatılıb. Onlar məclisdə lentə aldıqları görüntüləri sosial şəbəkələrdə paylaşıblar.
Qeyd edək ki, Kəmalə Paşayeva Həsən adlı Türkiyə vətəndaşı ilə ailə qurub (qafqazinfo).
Bizim.Media