“Taliban” üzvləri silahla canlı yayıma çıxdı - VİDEO

Hazırda oxunan: “Taliban” üzvləri silahla canlı yayıma çıxdı - VİDEO

34906

Əfqanıstanda “Taliban” üzvləri əllərində silahla canlı yayıma çıxıblar.

Bizim.Media xəbər verir ki, görüntülər sosial mediada müzakirələrə səbəb olub.

Aparıcının qorxu dolu baxışları diqqətdən qaçmayıb. Hadisə “Əfqanıstan” TV-nin efirində yaşanıb.

Verilişin mövzusu “Taliban”ın Kabil Hava Limanına nəzarəti ələ alması olub. Bir qrup “Taliban” komandirini efirə çıxaran kanalda xəbər spikerinin sağında və solunda silahlı şəxslər dayanıb.

Aparıcı iştirakçıları və proqramın mövzusunu bu vəziyyətdə anons edib.

“Bir gün ABŞ-ı məğlub edəcəyimizdən əmin idik”, - “Taliban” komandiri bildirib.

“Sülh studiyası” adlı proqrama xüsusən yerli jurnalistlər sərt reaksiya veriblər. “Köçkün olmaq üçün başqa bir yol tapa bilərsiniz”, - “Taliban”a yaxın sosial media hesablarında sözügedən jurnalistlər hədələnib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin