Rusiya hökuməti Argentinaya, 70 elektrik qatarının alınması üzrə "Transmashholding" (TMH) ilə müqavilənin bağlanmasını maliyyələşdirmək üçün 850 milyon dollar kredit verə bilər.
Bizim.Media xəbər verir ki, bunu TMH-nin baş direktoru Kirill Lipa jurnalistlərə bildirib.
"Biz bu məsələyə müstəsna bir şəkildə baxılması xahişi ilə ölkə rəhbərliyinə müraciət etdik. Artıq Nazirlər Kabinetinə müraciət etmişik və bununla bağlı müvafiq qərarlar gözlənilir", - o deyib.
MÖVZU İLƏ BAĞLI:
Putin vaksinasiyadan sonrakı vəziyyətindən danışdı
Lipa, tərəflərin müqavilənin 2021 -ci ilin fevralında bağlanması barədə razılığa gəlməli olduqlarını, sonra qərarın mart ayına təxirə salındığını açıqlayıb.
"Argentina ilə problem iki faktordan qaynaqlanır. Birincisi, borclarını həll etmək və yenidən maliyyələşdirmək üçün Beynəlxalq Valyuta Fondu ilə danışıqlar aparırlar.
Ardıcıllıq belədir - əvvəlcə bu məsələni bitirməli, sonra elektrik qatarlarının alınması ilə bağlı qərar verməlidir", -TMH Baş direktoru deyib.
Kirill Lipa əlavə edib ki, müqavilə bağlandıqdan sonra, TMH -nin sənədləri hazırlamaq üçün bir il, tədarük müqaviləsini yerinə yetirmək üçün iki il lazım olacaq.
Bizim.Media