Danimarka bütün koronavirus məhdudiyyətlərindən imtina edir – SƏBƏB 

Hazırda oxunan: Danimarka bütün koronavirus məhdudiyyətlərindən imtina edir – SƏBƏB 

34891

Danimarka ölkəyə giriş qaydaları istisna olmaqla, bütün koronavirus məhdudiyyətlərindən imtina edir. 

Bizim.Media xəbər verir ki, bu barədə yerli hökumətin məlumat verib.

Ölkə əhalisinin əksəriyyətinin peyvəndlənməsi pandemiyanın hazırda nəzarət altında olduğunu və artıq cəmiyyət üçün ciddi bir təhlükə törətmədiyi bildirilir. 
 

MÖVZU İLƏ BAĞLI:

33 ölkədə koronavirusa yoluxma kritik HƏDDƏ ÇATDI 


Hökumətin məhdudiyyətlərdən imtina qərarı danimarkalıları koronavirus sertifikatı təqdim etmək tələbindən azad edir. 

2020-ci ilin martından etibarən Danimarka COVID-19-u cəmiyyət üçün ciddi təhlükə yaradan təhlükəli bir xəstəlik kimi təsnif etməyə başlayıb. Bu təsnifat hökumətə insanların gündəlik həyatına ciddi məhdudiyyətlər qoyma səlahiyyətini verib.

Buna görə də, hakimiyyət məktəbləri, uşaq bağçalarını, universitetləri və bir çox dövlət müəssisələrini bağlı saxlayıb. 

Hakimiyyət habelə, virusun yayılmasını dayandırmaq üçün uzun müddətdir ki, digər əhəmiyyətli məhdudiyyətlərdən də istifadə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin