Avropanın 33 ölkəsində koronavirusa yoluxma halları son 14 gündə 10%-dən çox artıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun direktoru Hans Klüge yaydığı açıqlamada bildirib.
MÖVZU İLƏ BAĞLI:
İtaliyada pandemiya ilə bağlı KRİTİK VƏZİYYƏT
"Bəzi ölkələrdə xəstələrin sayı və ölüm halları artır. Keçən həftə bölgədə ölənlərin sayı 11% artıb, proqnoza görə, dekabrın 1-də Avropada xəstəlikdən 236 min ölüm halı gözlənilir", - Klüqe deyib.
Klüge bölgədə bu günə qədər təsdiqlənmiş 64 milyon yoluxma və 1,3 milyon ölüm halı qeydə alındığını söyləyib.
Onun sözlərinə görə, Balkanlar, Qafqazda və Orta Asiya respublikalarında xəstəlik halları xüsusilə kəskin artıb.
Bizim.Media