İnsanları intihara səsləyən yazıçıya SƏRT CAVAB – “Onun  psixoloji durumu pozulub”

Hazırda oxunan: İnsanları intihara səsləyən yazıçıya SƏRT CAVAB – “Onun  psixoloji durumu pozulub”

34841

Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, kulturoloq Aydın Xan Əbilov səs-küylü açıqlaması ilə gündəmə gəlib. Azərbaycanda əhalinin sayının 10 milyona çatmasından narahatlığını ifadə edən yazar say artımının məhvimizə aparıb çıxardığını qeyd edib. 

“Lazım gələrsə, özüm də intihar edəcəm ki, insan sayı azalsın", deyə kültoroloq insanları ölümə səsləyib. Onun bu açıqlaması ictimaiyyətdə ciddi rezonans doğurub və sosial şəbəkələrdəki rəylərdə yazarın ünvanına tənqidlər yağdırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda tanınmış kulturoloq intihar edəcək – Özü açıqladı - VİDEO


Məsələ ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev Bizim.Media-ya açıqlamasında Aydın xan Əbilovun məlum çıxışını absurd və tənlükəli tendensiya kimi dəyərləndirib:

“Əgər başqa ölkələrdə belə hadisə baş versə, həmin şəxsi dəvət edib söhbət edərlər. Bəlkə onun hansısa problemi var və ya psixoloji durumu pozulub. Nə üçün belə deyir? Əgər insanın özünün kifayət qədər biliyi və dünyagörüşü, cəmiyyətə təsir imkanları varsa o zaman bu məsələyə daha ciddi yanaşmaq lazımdır. Bəlkə onun əsasları, yaxud psixoloji yanaşması var?”

Deputat əlavə edib ki, hazırki tendensiyaya görə yer planeti 5 milyard insanın yaşayışı üçün nəzərdə tutulub:

 

“Hazırda bu, 8 milyarddır. 3 milyard insan artıqdır və dünya bunun yükünü çəkə bilmir. Bu, nə dərəcədə əsasandırılır və ya düzgündür bilmirəm. Mən də xarici mediadan bunu oxuyuram. Amma fikrimcə, bunun elə bir əsası yoxdur.


Bəzi ölkələr əhalisinin sayının artması, bəziləri isə azalması ilə bağl işlər aparır. Bunlara isə birmənalı yanaşmaq olmur. Azərbaycanın da demokrafiyası dayanmışdı. Əhalinin sayı son zamanlar artmağa başlayıb. Başqa bir araşdırmada da oxumuşdum ki, Azərbaycan 4-5 il sonra ildə 100 min azalmağa doğru gedəcək. Ona görə də bu məsələləri bilən ekspertlər və ya elmi tədqiqat institutları deməlidir. Yaşayan və doğulan insanları ölümə, intihara səsləmək qorxuludur”.

Psixoloq Fərqanə Mehmanqızı isə hesab edir ki, nə olursa olsun, bu günkü psixoloji həssas dövrdə insanları intihara, aqressiyaya yuvarlamaq, onların yarasının üstünə basmaq olmaz:
 

“Bu adam bir çox məqamlara toxunub. O, cəmiyyəti nəinki intihara sürükləyib və ciddi ajiotaj yaradıb, həmçinin cəmiyyəti dünyaya qarşı yönəldib.


Həssas insanlar, daxili və xarici aqressiyadan, xəstəlik və ölümlərdən əziyyət çəkən, suisidə meylli olan insanlar var ki, bu tip çıxışlar həyatlarında ciddi nəticələr verə bilər. Aydın Xan Əbilovun başqa bir videosunu da izləmişəm. O, uşaqpulu istəyənlərə “eşşək” deyə müraciət edib, insanları aşağılayıb. Cəmiyyət onsuz da bu gün pandemiyanın yaratdığı durumdan həssaslaşıb. Belə bir dövrdə Aydın Xanın çıxışı aqressiyanı artıra və insanların özünü motivaetməsini düşürdə bilər. Fikrimcə, onun bu çıxışı məqsədli olub və məqsədinə də nail olacaq”.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin