“Ermənilər Azərbaycanı antiterror əməliyyatlarına təhrik edir” - Qabil Hüseynli 

Hazırda oxunan: “Ermənilər Azərbaycanı antiterror əməliyyatlarına təhrik edir” - Qabil Hüseynli 

34821

Erməni nazir Qarabağa icazəsiz səfər həyata keçirib.

Bizim.Media xəbər verir ki, Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan Qarabağa səfər edib və sosial biznesin inkişafı proqramını təqdim edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda yeni müharibə təhlükəsi yaranır? – Qabil Hüseynlidən PƏRDƏARXASI


Bununla yanaşı, Bakının icazəsi olmadan Qarabağa səfər edənlər arasında Mkrtçyanın müavini Ruben Sarkisyan da olub. Beynəlxalq hüquq bu cür pozulub:

1. Ermənistan rəsmiləri Bakının icazəsi olmadan Azərbaycan ərazilərinə səfər ediblər.

2. Rus sülhməramlılar məsuliyyət zonalarındakı özbaşınalığa göz yumublar.

3. Ermənistan hökumətini təmsil edənlər separatçı rejimin “rəsmilər”i ilə görüşüblər.

4. Bu azmış kimi qondarma rejimin “parlament”ində də olublar.

5. Ermənistan Azərbaycanın Qarabağ İqtisadi Rayonu üçün sosial biznesin inkişaf proqramı hazırlayıb və təqdim edib.

Məsələ ilə bağlı saytımıza özəl açıqlamasında politoloq Qabil Hüseynli bildirdi ki, bu, Azərbaycanın suveren hüquqlarının tapdalanmasıdır:

“Həm də 10 noyabr 2020-ci ildə Moskvada imzalanmış üçtərəfli bəyanatın tələblərinə ziddir. Azərbaycanın suveren ərazisinə başqa bir dövlətin naziri və onun müavinlərinin gəlib burada həmin regionun inkişafı ilə bağlı məsələlər müzakirə edirsə, bu, Azərbaycana qarşı olan təxribatdır. Üstəlik də sülhməramlı qüvvələrin Ermənistan rəsmilərini bölgəyə buraxması da üçtərəfli bəyanatın müddəalarının pozulmasıdır. Ermənilər bir tərəfdən sülh haqqında, Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasından danışırlar, digər tərəfdən isə özlərinin separatçı meyillərini həyata keçirirlər”. 

Politoloqun fikrincə, Azərbaycan məsələ bağlı Rusiya tərəfi ilə ən azından onu danışmalıdır ki, Moskva sülhməramlıları düzgün təlimatlandırsın. Yəni, sülhməramlılar Ermənistan rəsmilərini Qarabağa buraxmalı deyil:

“Separatçılar öz işindədirlər və Bakını təhrik edirlər ki, Azərbaycan ya antiterror əməliyyatları reallaşdırsın, ya da ki isti müharibəyə başlasın. İndi də hansısa “seçki”ni gündəmə gətiriblər, sentyabrın 2-də “referendum” keçirəcəklər. Bütün bunlar bölgədə sülhün yaradılma prosesinə böyük zərər vurur və Azərbaycanı cavab tədbirləri görməyə təhrik edir”.

Qabil Hüseynlinin sözlərinə görə, cavab tədbirləri isə Azərbaycanın gec-tez bölgədə reallaşdıracağı atiterror əməliyyatıdır.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin