Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməli qoyulub.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev “Otel və Konfrans Mərkəzi”nin təməlini qoydu.
MÖVZU İLƏ BAĞLI:
Füzuli və Şuşada görülən işlər - Prezident və birinci xanım Qarabağdadır - YENİLƏNİB - FOTO
Karvansaray konseptini əsas götürərək, Şuşa şəhərinin mərkəzində, Zəfər yolunun üzərində yerləşəcək 5 ulduzlu “Otel və Konfrans Mərkəzi” müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn edilib.
Mərkəz 2,8 hektar ərazini əhatə edəcək. Beş mərtəbədən və 150 nömrədən ibarət “Otel və Konfrans Mərkəzi”ndə otaqlar, restoranlar, konfrans korpusları, daxili həyətlər olacaq.
Bizim.Media