Koronavirus NASA-nı da təhlükə ilə ÜZ-ÜZƏ qoydu

Hazırda oxunan: Koronavirus NASA-nı da təhlükə ilə ÜZ-ÜZƏ qoydu

34697

Koronavirus xəstələrinin sayının kəskin artması ABŞ-da kosmik sənayeyə mənfi təsir edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg”də bildirilib. 

COVID-19-a yoluxma sayında kəskin artım süni tənəffüs aparatlarının işləməsi, həm də raketlərin buraxılması üçün istifadə olunan maye oksigen istehlakını artırıb.

Maye oksigenin Amerika xəstəxanalarına təyinatı kosmos sənayesi üçün yanacaq çatışmazlığı yaradıb.
 

MÖVZU İLƏ BAĞLI:

Alimlər koronavirusa qarşı ən təsirli ANTİKOR əldə etdi


NASA artıq növbəti peykin buraxılışını bir həftə təxirə salmaq niyyətini açıqlayıb. Amerikanın SpaceX şirkətinin prezidenti Qvinn Şotvell maye oksigen ehtiyatı olan təşkilatlara müraciət edərək tədarüklə əlaqədar şirkət rəhbərliyi ilə əlaqə saxlamağı xahiş edib.

Eyni zamanda, SpaceX -in qurucusu Elon Mask oksigen yanacağı ilə bağlı vəziyyətin kosmik buraxılışlar üçün  risk, amma məhdudlaşdırıcı faktor olmadığını söyləyib.

Xatırladaq ki, dünyada koronavirusa yoluxanların sayı 216 milyonu keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin