12-ci medalı qazanan İlham Zəkiyev: “Rəqibimə barmaqlarımın sındığını bildirmədim”

Hazırda oxunan: 12-ci medalı qazanan İlham Zəkiyev: “Rəqibimə barmaqlarımın sındığını bildirmədim”

34693

"Bu, mənim 5-ci paralimpiadam idi. Buradan da əliboş qayıtmıram. Bürünc medalla vətənə dönürəm. Rəqiblərim çox çətin idi".

Bizim.Media xəbər verir ki, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan paracüdoçusu İlham Zəkiyev deyib.

100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə apardığını qeyd edən idmançı ilk görüşdə Britaniya təmsilçisini məğlub etdiyini bildirib:

"Onunla daha əvvəl də 4 dəfə qarşılaşmışam. Hamısında da qalib gəlmişəm. İkinci görüşüm isə ikiqat paralimpiya çempionu təcrübəli koreya idmançısına qarşı oldu. Onunla güləş zamanı ayağımın iki barmağı sındı, biruzə vermədim.
 

MÖVZU İLƏ BAĞLI:

Cüdoçularımızın rəqibləri bilindi - Paralimpiya Oyunlarında püşk atıldı


Bu səbəbdən güləşmək alınmadı və məğlub oldum. Həkim məndən soruşdu ki, yenə güləşəcəksən? Dedim ki, ayağımı bağla güləşəcəyəm. Çünki biz qalib ölkənin əsgərləyirik.

Ordumuzun əsgərləri yaralandıqları vəziyyətdə belə döyüşürdü. Azərbaycan əsgəri heç vaxt təslim olmur. Mən növbəti rəqibimə bildirmədim ki, haramsa ağrıyır. Güləşdim və vətənə bürünc medalla dönürəm".

İlham Zəkiyev cüdo komandasının Tokiodakı yarışda çox yaxşı çıxış etdiyini əlavə edib:

"6 qızıl 2 bürünc medalla vətənə dönürük. Biz sübut etdik ki, Azərbaycanda cüdo var. Bu ölkənin cüdoçuları dünya şöhrətlidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin