OPEC və müttəfiqlərinin gələn həftəki yığıncaqda qiymətlərin yüksəlməsilə neft təklifini artırmaq planına bağlı qalmaqları gözlənilir.
Bizim.Media xəbər verir ki, bu Avqustdakı kəskin düşüşdən sonra ehtimal edilr.
Rusiya və Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya pandemiya dövründə azaldılan istehsalı 1 Sentyabrda keçiriləcək yığıncaqda da mərhələli olaraq artıracaq. Bəzi OPEC nümayəndələri də oxşar fikirdədir.
Avqustun əvvəlində virusa yoluxmanın artması Çin və ABŞ-da neft tələbi üzərində təhdid siqanlı verirdi.
Avqustun ilk 3 həftəsində Çində də yenidən karantinlərin başlaması ilə neft qiymətləri təxminən 15% ətrafında düşmüşdü.
Neft qiymətlərindəki azalma müvəqqəti olsa və toparlanma davam etsə OPEC istehsalı artırmaq planına sadiq qalacaq. OPEC ölkələri Avqustdan etibarən istehsalı hər ay gündəlik ortalama 400 min barel çoxaldacağı barədə razılaşmışdı.
Bizim.Media