Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Ağcabədi rayon Hüsülü kənd sakini Zabil Əhmədov Bərdə RPŞ-yə ərizə ilə müraciət edərək rayon ərazisindəki yeməkxanaların birində olarkən naməlum şəxs tərəfindən ona xəsarət yetirilməsi və 7600 manat pulunun ələ keçirilməsi barədə məlumat verib.
Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanıılıb.
Araşdırmalar zamanı Z.Əhmədovun 10800 manat məbləğində borclu olduğu və həmin borcu qaytara bilmədiyi üçün özünə xəsarət yetirərək 7600 manat pulunun oğurlanması görüntüsü yaratmaq məqsədi ilə bilərəkdən yalan məlumat verdiyi müəyyən edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:46 / 28.08.2021
Bərdədə yalan məlumat verən şəxs tutuldu
Hazırda oxunan: Bərdədə yalan məlumat verən şəxs tutuldu
Hazırda oxunan: Bərdədə yalan məlumat verən şəxs tutuldu
34606
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.