Ərdoğan Bosniya müsəlmanları liderinin qızının toyunda şahidlik etdi - FOTO

Hazırda oxunan: Ərdoğan Bosniya müsəlmanları liderinin qızının toyunda şahidlik etdi - FOTO

34570

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinada Bosniya müsəlmanlarının lideri, “Demokratik Fəaliyyət Partiyası”nın rəhbəri Bakir İzetbeqoviçin qızı Yasminanın iş adamı Çamil Humaçkiçlə toyunda nikah şahidi olub.

Bizim.Media xəbər verir ki, bu barədə “Radiosarajevo” nəşri məlumat yayıb.

Türkiyə lideri ailə üzvləri ilə birlikdə Sarayevoya gəlib. Yerli əhali Prezident Rəcəb Tayyib Ərdoğanı, xanımı Əminə Ərdoğanı, oğlu Bilalı və gəlini Reyvanı alqışlarla qarşılayıblar.

Ərdoğan, həmçinin 1992-1995-ci illər müharibəsi zamanı bosniyalıların lideri Aliya İzetbeqoviçin məzarını və Türkiyənin maddi dəstəyi ilə bərpa edilən Qazi Hüsrev bəy məscidini ziyarət edib.

Bildirilir ki, toy şəriət qanunlarına uyğun olaraq keçirilib.

Qeyd edək ki, Bakir İzetbeqoviç ölkənin ən nüfuzlu müsəlman siyasətçilərindən biri hesab olunur. Ərdoğanla dostluq münasibətləri yalnız yaşlı ailə üzvləri tərəfindən deyil, övladları tərəfindən də qorunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin