Türkiyədə son sutkada koronavirusdan 244 nəfər öldü

Hazırda oxunan: Türkiyədə son sutkada koronavirusdan 244 nəfər öldü

34544

Türkiyədə yeni növ koronavirus infeksiyasının ağır fəsadları davam etməkdədir. Kütləvi peyvəndləmədən kənarda qalan vətəndaşlar üçün böyük həyati təhlükə riskləri yaşanır.

Bizim.Media Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, avqustun 27-də ölkə üzrə 295 min 647 nəfər koronavirus testindən keçib.

Onlardan 18 min 340 nəfərdə virus aşkarlanıb. Son sutka ərzində 244 nəfər ölüb, 14 min 548 nəfər sağalıb.

Rəsmi məlumata görə, virusdan həyatını itirənlərin, yoluxan və xəstəliyi ağır keçirənlərin böyük əksəriyyəti peyvəndləmədən kənarda qalanların payına düşür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin