Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı
Bizim.Media xəbər verir ki, mütəxəssis mətbuat konfransında bir dəsmalda olub.
Pedersen oyunçulara turnirin qrup mərhələsinə düşə biləcəkləri halda soyunacaqlarını vəd edibmiş.
Avropa Liqasının pley-off mərhələsinin son turunda Belçika klubu Kiprin "Omoniya"sını məğlub edib. İki oyundan sonra hesab 4:4 olub.
"Anyverpen" onbirmetrlik zərbələri daha dəqiq (3:2) yerinə yetirib.
Pedersen "Antverpen"ə 2021-ci ildən başçılıq edir. Danimarkalı futbolçu kimi "Brüqqe", "Genk" və digər klublarda oynayıb.
Bizim.Media
Wait... What's happening here?! ??#OMOANT #COYR?⚪ #RAFC #OneRedFamily pic.twitter.com/lEotWZj1FR
— Royal Antwerp FC (@official_rafc) August 26, 2021