Əfqanıstanlı komandir Azərbaycandan sığınacaq istədi - FOTO

Hazırda oxunan: Əfqanıstanlı komandir Azərbaycandan sığınacaq istədi - FOTO

0:00
0:00
34475

"Bir çox insanlar ölkədən qaçmağa çalışır. Azərbaycan mənə sığınacaq verərsə, ora gələcəm, mən niyə başqa ölkəyə gedim ki? Düşünürəm ki, orada qalıb yaşaya və işləyə bilərəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında Əfqanıstan xüsusi təyinatlılarının sabiq komandir müavini Hacı Abdul Barı deyib. 

O qeyd edib ki, köhnə hökumətdə təmsil olunan əksər məmurlar hazırda ölkəni tərk edir:

"Mən Əfqanıstanda 20 il yüksək vəzifələrdə işləmişəm. Son hadisələrə qədər isə ağır cinayətlər üzrə xüsusi təyinatlıların komandir müavini olmuşam. "Taliban”ın hakimiyyətə gəldiyini görüb bir çox məmurlar kimi mən də Əfqanıstanı tərk etmək məcburiyyətində qaldım. Niyyətim Azərbaycana getmək idi. Lakin bunun üçün müvafiq sənədləşmə və razılıq olmalıdır. Hazırda Tacikistandayam. Burada lazımi sənədləri toplayıb Azərbaycanın Tacikistandakı səfirliyinə təqdim etmişəm. Hazırda Azərbaycandan cavab gözləyirəm”.

Hacı Abdul Barı Əfqanıstanda "Taliban”ın hakimiyyətə gəlməsini ölkənin faciəsi adlandırıb:

"Taliban” hakimiyətə gəlibsə bu Əfqanıstanın gələcəyi üçün yaxşı heç nə vəd etmir. İndiki "Taliban”la keçmiş "Taliban” arasında heç bir fərq yoxdur. Ötən 20 il ərzində onlarda heç nə dəyişməyib. Onlar sadəcə dünyanın etimadını qazanmaq istəyirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin