Rus sülhməramlılarından Qarabağın ekologiyasına ZƏRBƏ - VİDEO

Hazırda oxunan: Rus sülhməramlılarından Qarabağın ekologiyasına ZƏRBƏ - VİDEO

34443

Rusiya sülhməramlı kontingentinin hərbçiləri Dağlıq Qarabağ əhalisinin və sənayesinin ehtiyacları üçün su anbarının tikintisinin təhlükəsizliyini təmin etməyə başlayıblar

Bizim.Media xəbər verir ki, bu barədə cümə günü Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Bu obyekt təmas xəttinin yaxınlığında yerləşir və bununla əlaqədar olaraq Rusiya sülhməramlı kontingentinin orda yerləşdirilməsi zəruridir", - deyə Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Aleksey Kolesnikov bildirib.

Ağdərə ərazisində tikilməsi planlaşdırılan su anbarı üçün mühəndis işlərinə isə artıq start verilib. Yeraltı və yerüstü şirin su axınlarının ehtiyatlarının saxlanması üçün su anbarının tikintisi üzrə işlərin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Lakin…

Təbii ki, rus “sülhməramlılar”ının bu cür addımlar atması qəbuledilməzdir. Belə ki, Rusiya hərbçilərinin daha əvvəl də Qarabağın ermənilər yaşayan hissəsində tikinti işlərinə dəstək verməsi məlum idi. Lakin bu qədər vacib əhəmiyyətə malik infrasturktur layihəsinin həyata keçirilməsi birbaşa olaraq ciddi regional və ekoloji nəticələr doğuracaq addımdır. 


Nəzərə alınmalı olan digər vacib məqam isə, rus hərbçilərinin Qarabağda müvəqqəti olması faktıdır.


Yəni onların bu cür özbaşınalıqlarla bölgədəki 5 illik varlıqlarının daha uzun müddət davam etdirə biləcəkləri real görünmür. Lakin buna baxmayaraq, “sülhməramlılar” rəsmi Bakının icazəsi olmadan Azərbaycan torpaqlarında irihəcmli infratruktur layihələri həyata keçirməyə başlayıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Şurnuxu və Vorotan kəndlərindən təxliyə edildi – RƏSMİ


Rusiyalı hərbçilərin atdığı bu cür humanist addımların isə, onsuz da Qarabağdan qaçmaq üçün fürsət axtaran ermənilərin bölgədə saxlanmasına xidmət etməsi aydın görünür. 

Buna baxmayaraq isə, rəsmi Bakının yaxın aylarda Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən ermənilərin Qarabağı birdəfəlik tərk etməsi üçün gərəkli addımları atması artıq zərurətə çevrilir.

Murad Əhmədov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin