Bu gün Kəlbəcər işğaldan azad edilir

Hazırda oxunan: Bu gün Kəlbəcər işğaldan azad edilir

3441

Bizim.Media xəbər verir ki, 27 il sonra Kəlbəcər Azərbaycana qaytarılır.

Kəlbəcər 1993-cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində 53 340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 nəfər girov götürülüb və itkin düşüb. İlkin hesablamalara əsasən, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, qətnamədən irəli gələn öhdəliklər yerinə yetirilməyib.

Xatırladaq ki, tarixi ədaləti bərpa etmək məqsədi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən əks-hücum əməliyyatı həyata keçirib.Həmin tarixdən 9 noyabr tarixinə qədər 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı Bəyannaməyə əsasən, Ermənistan 20 noyabr 2020-ci il tarixində  Ağdam rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu Azərbaycan Respublikasına qaytarmalıdır.

Sözügedən Bəyənnamənin şərtlərinə görə,  Kəlbəcər 15 noyabr tarixində boşaldılmalı idi, lakin bu proses əlavə 10 gün- 25 noyabra kimi uzadılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin