"İlk dəqiqələrdən təhlükəni hiss etdik. Qapımız qarşısında qol epizodu yaşandı. Yusuf Lavalın yoxluğu da çıxışımıza təsir etdi. Bundan başqa, 3 nəfərin oyundan qopması bizə belə problem yaratdı.
Nə qədər ağır məğlubiyyət olsa da, bizim üçün yaxşı təcrübə oldu. Bundan sonra kimlərlə yola davam edəcəyimizə baxacağıq. Əsas fikrimiz çempionata yönələcək".
Bizim.Media xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov İsraildə Hayfa "Makkabi"sinə 0:4 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
"Neftçi"nin baş məşqçisi CƏZALANDIRILDI
"Uduzsaq da, kollektivdə problem yoxdur. Razıyam, "Neftçi" avrokuboklarda oynamaq üçün hazır deyildi. Məqsədlər mövsümün əvvəlində bəlli olmalıdır. Hələ Finlandiya HİK-i ilə oyundan sonra belə nəticənin olacağı gözlənilirdi. Emin Mahmudovun bədənində su qalmayıb. Onu "ölü" vəziyyətdə meydana buraxırıq. Xalqımızı təmsil edirik, ona görə də məğlubiyyətə görə üzülürük".
Baş məşqçi heç vaxt təslim olmayacaqlarını deyib: "Vəziyyət acınacaqlı deyil. Sadəcə, heyət komplektləşməyib. Ayağa qalxmalıyıq.
Özümüzü "Qarabağ"la müqayisə etməkdə məqsəd kiminsə işinə qarışmaq deyil. "Neftçi"nin hədəfi hər zaman çempionluqdur. İndiki məqamda bu uşaqlarla yolumuza davam edəcəyik".
Bizim.Media