Yaponiyanın ən böyük kriptovalyuta birjalarından biri olan Liquid Global kimliyi bilinməyən hackerlər tərəfindən kiberhücuma məruz qalıb.
Bizim.Media xəbər verir ki, reallaşdırılmış kiberhücum nəticəsində hackerlər bir sıra rəqəmsal portmanatı hack edərək ümumi dəyəri 100 milyon dollar olan kriptovalyuta oğurlayıblar.
Nə qədər istifadəçinin zərər çəkdiyi barəsində məlumat yoxdur. Liquid Global bldirib ki, o, oğurlanmış kriptovalyutalar ilə bağlı olan tranzaksiyaları izləməkdə davam edir.
MÖVZU İLƏ BAĞLI:
Bu ölkədə 15 milyondan çox kriptovalyuta istifadəçisi var
Bunun sayəsində şirkət oğurlanmış kriptovalyutaların istifadəsini bloklaya və onları istifadəçilərə geri qaytara bilər.
Bu, son 1 ay ərzində baş verən ikinci böyük kriptovalyuta oğurluğudur. Hələ 10 avqust tarixində Mr. White ləqəbli hacker Poly Network kriptoplatformasını hack edərək ümumi dəyəri 600 milyon dollar olan rəqəmsal valyuta oğurlamışdı.
Həmin kiberhücumdan 10.000-ə yaxın istifadəçi zərər çəkmişdi. Lakin həmin hadisənin nəticəsində hacker oğurladığı bütün vəsaiti geri qaytarmışdı.
Bizim.Media