Paytaxtın Xətai rayonunda 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
MÖVZU İLƏ BAĞLI:
Ağstafada 16 nəfər məsuliyyətə cəlb edildi – SƏBƏB - FOTO
Həmin şəxslərdən biri, Xəyal Nəsirov barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Digər 3 nəfər barəsində istintaq araşdırmaları davam etdirilir.
Sabunçu rayonu Bakıxanov qəsəbəsində də aktiv koronavirus xəstəsi olan Sabit Allhverdiyev ictimai yerdə, yəni marketə getmək istəyən zaman Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müəyyən edilib.
Analoji hal paytaxtın Nəsimi və Nərimanov rayonlarında da qeydə alınıb.
Bizim.Media