Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha iki erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Ermənistan mətbuatında yer alıb.
MÖVZU İLƏ BAĞLI:
Erməni hərbçisinin meyiti təhvil verildi
Hərbi qulluqçuların meyitlərinin qalıqları Hadrut istiqamətində aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.
Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 651-ə çatıb.
Bizim.Media