Bakı Baş Gömrük İdarəsinin əməliyyat nəticəsində həbs edilən əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bizim.Media xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baxılıb.
Hazırlıq iclasında təqsirləndirilən şəxslərdən Ceyhun Şabanov, Mirağa Ağayev və Emin Xəlilovun vəkilləri müvəkkillərinin ittihamda göstərilən cinayət işi ilə əlaqələri olmadığını bildiriblər. Onlar təqsirləndirilən şəxslərin cinayət işinə xitam verilməsini xahiş ediblər.
MÖVZU İLƏ BAĞLI:
Gizli aparılan 114 qram qızıl aşkarlandı
Hakim vəsatətin hazırlıq iclasının predmetinə daxil olmadığını bildirib və vəsatətə növbəti prosesdə baxılacağını deyib.
Vəkillər eyni zamanda müdafiə etdikləri şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyiblər.
Hakimlər bu vəsatəti də təmin etməyiblər.
Məhkəmədə təqsirləndirilən şəxs Elmar Mirzəyevin vəkillərinin növbəti vəsatətləri istintaq zamanı müvəkillərinin telefonundan çıxarılan məlumatların sübutlar siyahısından çıxarılması olub.
Lakin bu vəsatət də təmin edilməyib.
Məhkəmənin baxış iclası sentyabrın 6-na təyin olunub.
Bizim.Media